Lənkəran rayonu, Səpnəkəran kənd məktəbinin qarşısındakı piyada zolağı silinib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 aprel tarixində verir.
Sakinlərin sözlərinə görə, məktəbə gedən şagirdlərə bəzi sürücülər yol vermirlər.
“Ərazidə yol nişanı olmadığından və “zebra” silindiyindən bəzi sürücülər haqlı olaraq piyadalara yol vermirlər. Bu hal da, əsasən, məktəblilərin həyatını təhlükəyə atır. Xahiş edirik, aidiyyəti qurumlar məsələni həll etsinlər”, – deyə sakinlər bildiriblər.