Lənkəran şəhərində xəndək tullantılarla dolub daşır. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində Cenublu.az xəbər verir.
Şəhərin Nizami və Mirhaşim Ağayev küçələrinin kəsişməsində xəndəklərə tullantılar atılıb. Tullantılar yığışdırılmadığından üfunət qoxusu ətrafı bürüyüb.
Lənkəran şəhər 3 nömrəli məktəbin qarşısında yaranan problemə görə sakinlər Cenublu.az-a müraciət ediblər.
Ərazidə tullantı qutularının mövcud olmaması belə vəziyyət yaradır.