Lənkəran-Lerik yolunun 39-cu kilometrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, hadisə zamanı bir nəfər yerindəcə ölüb, azı iki nəfər yaralanıb. Yaralılar və ölən şəxs deformasiyaya uğrayan avtomobildən çıxarılıblar.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.