SON XƏBƏRLƏR

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Rüfət Quliyev Lənkəranın yolları barədə danışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində Ölkə.az-a istinadən verir.

Parlamentdə çıxışı zamanı millət vəkili Rüfət Quliyev bildirib: “Bu gün Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır”.

Onun sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: “Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadırlar. Bu problemlə bağlı Lənkəran Şəhər Polis İdarəsinin rəisinə də müraciət etmişəm, kömək edir. Ancaq radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün, yəqin ki, daxili işlər nazirinə də məktub yazacağam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın”.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman