Lənkəran şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir.
Qəza Zərifə Əliyeva və Tofiq İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb. “Hyundai” markalı avtomobil işıqforun qırmızı işığında keçərkən hərəkətdə olan “AzSamand” markalı avtomobil ona çarpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Əraziyə DYP-nin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
