SON XƏBƏRLƏR

Lənkəranda sakinlərin təhlükəsizliyini təmin edən piyada keçidi xəttinin yenilənməyə ehtiyacı var. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az xəbər verir.

Sözügedən keçid Heydər Əliyev prospektində yerləşir. Lənkəran şəhər İcra Hakimiyyətinin qarşısında olan bu piyada keçidinin zolaqları pozulub. Sürücülər bildirirlər ki, həmin istiqamətdə yolun kənarında piyada keçidi nişanı olmadığından sakinlər təhlükə ilə üzləşirlər.

Qeyd olunan yol sakinlərin tez-tez istifadə etdiyi yer olduğundan piyadalar tez bir zamanda ərazidəki problemin həll olunmasına ümid edirlər.