Lənkəran şəhəri, Axund Mirzə Məmmədhüseyn küçəsində yol çöküb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Belə ki, Böyük bazarın arxasında, “Prestij-S”, “Refem” marketi və LDU-ya gedən yol sakinlər tərəfindən mütəmadi istifadə olunur. Mərkəzi yolun çala-çuxurlu olması yoldan istifadə edən piyadalar və avtomobil sürücüləri üçün çətinlik yaradır.