SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçələrindən birinin asfalt örtüyü dağılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.

Belə ki, şəhərin Hacı Nəsir küçəsinin bir hissəsi çala-çuxurlu olduğundan sürücülər avtomobillərinin tez-tez xarab olduğunu bildiriblər.

“Asfaltdakı çuxurlar o qədər sıxdır ki, avtomobili o maneələrdən qaçırtmaq qeyri-mümkündür. Məcbur onlara düşürük və avtomobilimizə ziyan dəyir. Aidiyyəti qurumlardan xahiş edirik, problemimizi nəzərə alsınlar”, – deyə sakinlər bildiriblər.

Hacı Nəsir
Foto Cenublu.az