Lənkəran rayonunun Tuado kəndinin yolları bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində sosial şəbəkələrə istinadən verir.
Belə ki, şagirdlər məktəbə getmək üçün palçıqlı yollardan istifadə etmək məcburiyyətindədirlər. Təqribən 70 ailənin yaşadığı ucqar kəndə yolun çəkilməsi dövlət planına daxil edilsə də, hələlik bu istiqamətdə heç bir ciddi addım atılmayıb.