Lənkəran şəhəri, Paşa Təhməzov küçəsinin sakinləri bir sıra problemlərlə qaşılaşıblar. Bununla bağlı onlar bu gün, 18 mart tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, yolun qırağındakı xəndəyin ətrafında asfaltın çökməsi nəticəsində yol daralıb. Bu hal avtomobillər üçün təhlükə yaradır. Həmçinin yolda nişanlanma xəttinin olmaması təhlükəni daha da artırır.
Sakinlər yaxın zamanda bu problemin həll olunacağına ümid edirlər.



