SON XƏBƏRLƏR

Lənkəranda baş vermiş yol-nəqliyyat hadisəsi Masallının kəndini işıqsız qoyub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində Report.az-a istinadən verir.

Qəza Lənkəran-Boradigah yolunun Lənkəranın Zövlə kəndindən keçən hissəsində baş verib. Rayonun Şağlaser kənd sakini, 24 yaşlı Məhəmmədhüseyn Rüstəm oğlu Həsənovun idarə etdiyi “Rover” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb və elektrik dirəyinə çarpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Elektrik dirəyinin aşması nəticəsində Masallı rayonunun Rüdəkənar kəndinin bir hissəsi işıqsız qalıb. İlkin məlumata görə, hadisəyə qarşı tərəfdən hərəkətdə olan ”Mercedes” markalı avtomobilin qəza şəraiti yaratması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.