SON XƏBƏRLƏR

Lənkəranda yol qəzasında xəsarət alan axund xəstəxanada dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motosikleti “Muravey” hərəkətdə olarkən piyada, 47 yaşlı Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Hadisə yerinə dərhal Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu olub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda