SON XƏBƏRLƏR

Artıq bir müddətdir ki, Lənkəranda piyada səkilərinin qurulması haqda mütəmadi məlumat veririk. Bu hal sakinlərin, ələlxüsus da sürücülərin sevincinə səbəb olurdu.

Lakin redaksiyamıza daxil olan çoxsaylı narazılıqlar bu sevincin ömrünün çox az olduğunu göstərir. Çünki qurulan piyada səkilərinin heç “qırxı çıxmamış” onlar artıq dağılmağa başlayıblar.

Sakinlər bildirirlər ki, piyada səkisinə vurulan tamet o qədər keyfiyyətsizdir ki, artıq rəngi də solub.

“Lənkəranımız yağışlar şəhəridir. Elə bir-iki yağışdan sonra tametlərin rəngi getdi, dağılmağa başladı. Bütün şəhər bu eybəcər rəngdə olan ucuz tamet daşlarla döşənib. Həzi Aslananov parkında, Qala Xiyabanidə mərmər döşəmə var idi. Onları da söküb ucuz, keyfiyyətsiz, pis görünüşlü daşlarla hörüblər”, – deyə sakinlər öz narazılıqlarını bildiriblər.