SON XƏBƏRLƏR

Lənkəranda şəhərin mərkəzi küçəsində gölməçələr yaranıb. Bu haqda bu gün, 24 fevral tarixində Cenublu.az xəbər verir.

Belə bir deyim var: “Eyibsiz gözəl olmaz”. Yəqin, Lənkəranda kanalizasiya məhz buna görə düzəldilmir. Yağışın yağmasından 1 saat keçməsinə baxmayaraq, artıq şəhərdə əksər küçələr su ilə dolub. Avtomobillərin gediş-gəlişində maneələr yaranıb. Sakinlər bildirirlər ki, piyada səkisi ilə getmək mümkün deyil. Avtomobil bir az sürətlə keçən kimi geyimləri su olur.

Sakinlər səbirsizliklə kanalizasiya və yol məsələlərinin həll olunacağı günü gözləyirlər.

Hazırda gördüyünüz kadrlar şəhərin Füzuli küçəsi, “Ya Hüseyn” məscidinin qarşısında lentə alınıb.