Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub.
Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda asfalt örtüyünün dağılması küçələrdə gölməçələrin yaranmasına səbəb olur. Sakinlər artıq illərdir ki, bu tip problemlərə görə əziyyət çəkirlər. Kimi yollarda islanır, kimi isə yollarda yaranan gölməçələrə görə gedəcəyi ünvana gecikir.
Sakinlərimiz aidiyyəti qurumlardan yolların bərpası və kanalizasiya xətlərinin quraşdırılması işlərinin tez bir zamanda həll olunmasını gözləyirlər.
Şəhərin, demək olar ki, bir çox küçələrində yolu su basması halı ilə qarşılaşa bilərsiniz. Videogörüntülərdə adıçəkilən küçələrdən görüntülər qeydə alınıb: Şəhidlər xiyabanı küçəsi, M.Ə.Rəsulzadə küçəsi, Akademik Zərifə Əliyeva küçəsi, 95 (Lənkəran Sukanal İdarəsi), Əliağa Vahid küçəsi, Həzi Aslanov küçəsi, Digah ərazisi.