SON XƏBƏRLƏR

Lənkəranda 3 gündür yağan yağışın fəsadları əksini yollarda göstərir. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

Əsasən, şəhərin birinci və ikinci mikrorayon ərazilərində yerləşən yaşayış binalarının qarşısında sel suları həyətlərə dolub. Sakinlərin sözlərinə görə, hər dəfə yağış yağan zaman belə problemlərlə qarşılaşırlar.

Yolların dağınıq vəziyyətdə olması, kanalizasiya sistemlərinin normalara uyğun işləməməsi yağışdan sonra bu cür fəsadlara gətirib çıxarır.

“İnanın, yağış yağanda mən işə gedib vaxtında çata bilmirəm. Uşaqları bir-bir məktəbə aparıram ki, üstləri su olmasın. Guman edirik ki, tez bir zamanda bu problem aradan qaldırılar”, – deyə sakin qeyd edib.