SON XƏBƏRLƏR

Lənkəranın mərkəzi küçələrinin birində təqribən 50 gün öncə yeni asfalt örtüyü çəkilmişdi. Lakin üstündən qısa müddət keçməsinə baxmayaraq, yol bizlərə ucqar kəndlərə qalxan yolları xatırladır. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az xəbər verir.

Söhbət şəhərin Hənifə Abdullayev küçəsindən gedir. Yola çəkilən təzə asfalt örtüyü artıq dağılıb. Yolda əməlli çalalar və çuxurlar yaranıb. İlk baxışdan elə görünür ki, yola, ümumiyyətlə, asfalt çəkilməyib.

Ən maraqlısı isə odur ki, yolun təmir olunmasından heç 2 ay keçməyib, lakin artıq bu vəziyyətdədir.

Daim baməzəliyi ilə fərqlənən Lənkəran sakinləri artıq bu tip hallara öyrəşdiklərindən mövzu ilə bağlı zarafatlarından da qalmırlar. “Bu yolu niyə təmir etdilər bilmirəm, köhnə halı bundan daha yaxşı idi (gülür)”, – deyə sakin bildirib.

Lənkəranda təzə çəkilən asfalt qatı palçığa çevrilib
Photo Cenublu.az