Lənkəran şəhərinin İskəndər Səmədzadə küçəsində yerləşən işıq dirəyində qısaqapanma baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Qısaqapanma səbəbindən ətrafda işıqlar artıq söndürülüb. Zərifə Əliyeva küçəsinin Mir Mustafa xan, Axund Mirzə Məmmədhüseyn və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsindəki işıqforlar işləmir.
Əraziyə FHN əməkdaşları cəlb olunublar.







