SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.

Hadisə səhər saat 08:00 radələrində qeydə alınıb. “VAZ 2104” markalı avtomobil yolun piyada keçidi üçün nəzərdə tutulmayan hissəsində yolu keçən yaşlı qadını vurub. Onun kəllə-beyin travması aldığı ehtimal olunur. Qadın xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi (YPX) cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Lənkəranda qəza
Foto Cenublu.az