SON XƏBƏRLƏR

Hadisə köhnə Ələt – Astara magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində Apa.az-a istinadən verir.

Rayonun Daştalığjar kənd sakini Hakim Zeynal oğlu Əliyevin idarə etdiyi “Toyota” markalı avtomobil, Astara rayon Siyəkü kənd sakini 35 yaşlı Əfqan İsbət oğlu Əliyevin idarə etdiyi ”Niva” markalı avtomobillə toqquşub.

Nəticədə ”Niva”nın sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

O, ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.