Lənkəranda ölümlə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Apa.az-a istinadən verir.
Hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb. “Hyundai Accent” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsi yoldan çıxıb və qaz tənzimləyicisinə, daha sonra elektrik dirəyinə çarpılıb.
Nəticədə Lənkəran sakinləri – 17 yaşlı İsmayıl Xansuvarlı dünyasını dəyişib, 23 yaşlı Taleh Abdullazadə isə xəsarət alıb. O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Məlumata görə, onlar dostlarının maşınını yumaq üçün götürmüşdülər.
Faktla bağlı araşdırma aparılır.

