SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Şiləvar dörd yolu adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Hadisə 20 noyabr saat 18:00 radələrində qeydə alınıb. “Hyundai” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəza səbəbindən ərazidə bir müddət tıxac yaranıb.