SON XƏBƏRLƏR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə gecə saatlarında Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Şağlaser kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran rayonunun Xarxatan kənd sakini, 25 yaşlı Fəqani İlham oğlu Ağazadə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, əvvəlcə Lənkəran rayonunun Tükəvilə kənd sakini, 50 yaşlı Zahid Mirzəyevə məxsus “Mercedes” markalı minik avtomobilinə, sonra isə yaxınlıqdakı fəaliyyətsiz olan iki mağazaya çarpılıb. Sonda avtomobil yol kənarındakı elektrik dirəyinə çarpılaraq onu sındırıb.

Sürücü və sərnişinlər – 17 yaşlı Hiccət Ələmdar oğlu Sadıqov, 21 yaşlı Nurlan Əmin oğlu Səmədov, 23 yaşlı Hüseynəli Xudayar oğlu Əlizadə yaxınlıqdakı sakinlərin köməyi ilə deformasiyaya uğrayan avtomobildən çıxarılıblar. Yaralılar hadisə yerinə çağırılan iki Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərilib. Sürücü Fəqani Ağazadənin vəziyyəti ağır olduğundan o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb
Avtomobil mağazaya çarpılıb Avtomobil mağazaya çarpılıb Avtomobil mağazaya çarpılıb Avtomobil mağazaya çarpılıb Avtomobil mağazaya çarpılıb Avtomobil mağazaya çarpılıb