Lənkəran rayonunun Şağlaser kəndində məktəbliləri maşın vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində Qaynarinfo-ya istinadən verir.
Ötən gün günorta saatlarında məktəbdən çıxıb evlərinə yollanan məktəbliləri yolu keçərkən “Vaz 2107” markalı avtomobil vurub. Bir azyaşlı orta, digər məktəbli ağır dərəcəli bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Azyaşlılardan birində beyin əməliyyatı aparılıb, vəziyyəti pisdir.