SON XƏBƏRLƏR

Lənkəran rayonunun Osaküçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Report.az-a istinadən verir.

Qəza zamanı 53 yaşlı Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi ”Niva” markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və oğlu 26 yaşlı Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.

Faktla bağlı araşdırma aparılır.