SON XƏBƏRLƏR

Lənkəranda əhalinin sıx yaşadığı kəndləri birləşdirən yol bərbad haldadır. Bu haqda bu gün, 23 noyabr tarixində Cenublu.az xəbər verir.

Söhbət rayonun Şıxəkəran – Mamusta yolundan gedir. Bu yolun asfalt örtüyünün olmaması yağışlı havada yolun yuyulub dağılmasına səbəb olur. Yollar palçıq olduğundan sakinlər daim rezin çəkmələrdən istifadə etməli olurlar.

Həmçinin sakinlər bildirirlər ki, yollar palçıq olduğu üçün taksi sürücüləri bəzən müştəriləri təyinat nöqtəsinə aparıb düşürmürlər. Sürücülər bildirirlər ki, avtomobilə o yolda zərər dəyə  bilər.