Lənkəranda şəhərin mərkəzi küçələrinin birində işıq dirəyi aşıb. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az xəbər verir.
Sözügedən qəzalı vəziyyət Zərifə Əliyeva prospektində qeydə alınıb. Müəllimlər binasının yanında yerləşən dirək aşaraq hasarın üzərinə yıxılıb. Nəticədə hasara da ziyan dəyib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.