Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
“VAZ-2107” ilə “VAZ-2102” avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmayıb. Əraziyə YPX və PPX əməkdaşları cəlb olunublar.
Köhnə “Aura” marketinin qarşısında baş vermiş qəza xeyli müddət ərazidə tıxaca səbəb olub.





