SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Əşlə kəndində “Niva” markalı avtomobilin çaya aşması nəticəsində iki nəfər – sürücü və sərnişin vəfat ediblər.

Cenublu.az-ın verdiyi məlumata əsasən, avtomobilin sürücüsünün kimliyi məlum olub. Belə ki, o, Siyablı kənd sakini, Mais Cəbrayılov adına Şovu kənd tam orta məktəbinin riyaziyyat müəllimi İlqar Əbdürrəhman oğlu Bayramovdur. O, həmçinin məktəbin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, avtomobilin çaya aşması nəticəsində sürücü və sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.