SON XƏBƏRLƏR

Lənkəran şəhərində avtoxuliqanlıq edən “Toyota Prius” markalı avtomobilin videogörüntüsü yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Avtosfer.az-a istinadən verir.

Belə ki, “Uber” şirkətinin loqosu olan, 99-FL-773 qeydiyyat nişanlı “Prius”un sürücüsü Lənkəran şəhərində davamlı olaraq yol hərəkəti qaydasını pozmaqla təhlükəli hərəkətlər edib. O, dəfələrlə əl əyləci vasitəsilə avtomobili fırladaraq şou göstərib.

Daha sonra dairəvi hərəkət təşkil edilmiş yolayrıcında avtomobili fırladaraq, dairənin əksi istiqamətinə hərəkət etməklə digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb.