Lənkəranda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq divara çarpılıb.
Qəza nəticəsində 24 yaşlı Elşad Qılman oğlu Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.