SON XƏBƏRLƏR

Rayonumuzda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı sakinlərin arasında sorğu keçirməyə qərar verdik.

Sorğu nəticəsində sakinlərin, əsasən, 4 taksi şirkətindən – “1635 CənubTaxi”, “*0042 ŞahTaxi”, “8333 Xan Lənkəran” və “825 Taksi” istifadə etdiklərini müşahidə etdik. 650-dən çox oxucunun iştirak etdiyi sorğudan gördük ki, sakinlərin 55%-i “1635 CənubTaxi”, 34%-i “*0042 ŞahTaxi”, 9%-i “8333 Xan Lənkəran”, 2%-i isə “825 Taksi”ni üstün tuturlar.

Sakinlər bildirir ki, taksi şirkətlərində yaxşı xidmətin olduğu qədər çatışmayan məqamlar da var. Onların sözlərinə görə, əsasən, yay aylarında günorta saatlarında taksilərin sayı az olur. Həmçinin bildirilir ki, taksi sürücüsünün xəritəsində problemlər olur. Taksi sürücüləri bəzən müştərinin sifariş etdiyi məkanı səhv salırlar. Bu da sürücü və müştəri arasında çaşqınlığa gətirib çıxarır.

Siz də Lənkəranda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı müsbət və inkişafa ehtiyac duyduğunuz məqamları qeyd edə bilərsiniz.