Lənkəranın Sütəmurdov kəndində qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində Report.az-a istinadən verir.
“Hyundai” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu işıq dirəyinə və ağaca çarpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü, 37 yaşlı Nahid Asif oğlu Turabov hadisə yerində ölüb.
Avtomobildə olan qadın sərnişin, 39 yaşlı Sütəmurdov kənd sakini Ülviyyə Natiq qızı Hüseynova isə ağır xəsarətlər alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.