SON XƏBƏRLƏR

Lənkəran şəhərində işıq dirəklərinin quraşdırılması işləri qaldığı yerdən davam edir. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az xəbər verir.

İşlər Tibb Kollecinin qarşısında olan, Tofiq İsmayılov küçəsinə çıxan yolda görülür. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yerə işıq dirəkləri bərkidilir.

İşıq dirəklərinin quraşdırılmasına baxmayaraq, sakinlər gecə yarısı şəhərdə söndürülən işıqlara görə əziyyət çəkirlər.