Lənkəranda yollar qardan təmizlənmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Şəhərin Koroğlu, Füzuli, Mir Mustafa xan, Heydər Əliyev, köhnə Ələt-Astara yolu və Dəmiryolu dairəsində yolları buz bağlayıb, qartəmizləyən texnika isə gözə dəymir.
Qeyd edək ki, qarın yağması ilə marşrut üzrə hərəkət edən avtobusların hərəkətində məhdudiyyət yaranıb. Taksi xidmətinin qiymətlərində isə artım müşahidə olunur.











