SON XƏBƏRLƏR

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı çuxur sakinləri narahat edir. Bu haqda bu gün, 8 sentyabr tarixində Cenublu.az xəbər verir.

Söhbət Nizami küçəsində yaranan çalalardan gedir. Sakinlər bildirir ki, yol asfaltlıdır, lakin bəzi yerlərində çuxurlar var. Yağış yağanda xəstəxananın qarşısı gölməçə olur.

“Bu, belə deyildi, gəldilər, nəisə qazıntı işləri görüb getdilər. Asfaltı bərpa etmədilər. İnanın, bilmirik ki, yağış yağanda xəstəmizi necə xəstəxanaya keçirək. Burdan keçmək olmur. Ondan da əlavə, avtomobillər burada hədər olur. Hər 3-4 aydan bir yollara görə maşını ustaya aparıram”, – deyə sakin qeyd edib.