SON XƏBƏRLƏR

Lənkəran rayonu Xarxatan kəndinin yolları illərdir ki, təmir olunmur. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.

Belə ki, 2 min nəfərdən çox əhalisi olan kəndin yolları bir neçə dəfə sakinlərin vəsaiti hesabına təmir olunsa da, əsaslı təmir işləri görülməyib.

“İllərdir ki, bu yollarla gedib-gəlməkdə əziyyət çəkirik. Avtomobillərimizə ciddi ziyan dəyir. Ustalardan çıxmırıq. Aidiyyəti qurumlardan xahiş edirik, bizim yollarımıza nəzər salsınlar”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.

Xarxatan kənd yolları
Xarxatan kənd yolları
Xarxatan kənd yolları
Xarxatan kənd yolları Xarxatan kənd yolları Xarxatan kənd yolları