Lənkəran rayonu, Velədi kəndinin yollarının təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 yanvar tarixində verir.
Əsasən, məktəblilər tərəfindən istifadə olunan yol uzun zamandır ki, təmir olunmur. “Uzunluğu 300 metrə yaxın olan yolun təmirini illərdir ki, ertələyirlər. Uşaqlar palçıqlı yolla məktəbə getməyə məcbur qalırlar. Bir daha xahiş edirik, yolu təmir edib bizi bu çətinlikdən qurtarsınlar”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, Cenublu.az daha öncə də Velədi kəndinin yol problemi haqda məlumat vermişdi.