SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Hənifə Abdullayev küçəsinin yararsız yolu təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.

Belə ki, hərbi binaların həyətində yolun yararsız olması sakinləri uzun müddətdir ki, narahat edirdi. Cenublu.az 24 oktyabr tarixində bu problemi işıqlandırdıqdan sonra küçədə təmir işlərinə başlanılıb.

Qeyd edək ki, ərazidə işlər hələ də davam edir.