Lənkəran rayonunun Ürgə kəndinin yolları baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində verir.
2500 nəfərdən çox əhalisi olan kəndin yolları illərdir ki, asfalt üzü görməyib.
“Bu yollardan məktəblilər də istifadə edirlər. Hər gün təmiz geyimdə uşaqlarımızı yola salırıq, qayıdanda isə üst-başları palçıq içində olur. Dəfələrlə müraciət etmişik. Bir daha xahiş edirik, bizim yol problemimizi həll edin”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, Ürgə kəndi Lənkəran şəhərindən 8 kilometrlik məsafədə yerləşir və Göyşaban, Veravul, Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir.





