SON XƏBƏRLƏR

Lənkəran şəhəri, İsmayıl xan Talışinski küçəsinin sakinləri yollarının vəziyyəti ilə bağlı növbəti dəfə Cenublu.az-a müraciət ediblər.

Daha öncə də eyni problemlə bağlı redaksiyamıza müraciət edən sakinlər bildiriblər ki, 1 ildən çox müddətin keçməsinə baxmayaraq, ərazidə heç bir iş görülməyib.

“Üstəlik internet və işıq xətləri çəkilən zaman dirəklər üçün qazılan çuxurların yeri təmir olunmadığından küçəmiz hal-hazırda keçilməz vəziyyətdədir. Dəfələrlə küçədə avtomobillər batıb qalıb. Bir az yağış yağdıqda evimizdən bayıra çıxa bilmirik. Ara küçədir deyə yalnız məhəllənin başına asfalt çəkilib, digər hissələr isə baxımsızdır. Bir daha sizin vasitənizlə aidiyyəti qurumlara müraciət edərək bildiririk ki, küçəmizin yol örtüyünə əl gəzdirsinlər”, – deyə sakinlər bildiriblər.