SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsindəki piyada zolağının silinməsi sakinlər arasında çaşqınlığa səbəb olur. Bununla bağlı Cenublu.az bu gün, 6 yanvar tarixində məlumat verir.

Belə ki, “Dünya” marketinin yanında çəkilən piyada zolağının silinməsi və “Piyada keçidi” nişanının zolaqdan xeyli aralı olması piyadaların yolu haradan keçəcəklərini bilməməsinə səbəb olur.

“Yolu haradan keçəcəyimizi bilmirik. Zolaqdan və ya ondan aralı quraşdırılan nişanın yanından keçməliyik? Zolaq, demək olar ki, görünmür. Nişanın yanından keçmək üçün isə səki yoxdur. Xahiş edirik, biri bizə bu durumu izah etsin və yolda olan nişanlanmalar arasındakı ziddiyyəti aradan qaldırsın”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.