SON XƏBƏRLƏR

Lənkəran rayonu Şiləvar kəndinin yollarının əsaslı təmirə ehtiyacı var. Bu barədə məlumatı yerli sakinlər bu gün, 26 oktyabr tarixində Cenublu.az-a veriblər.

Sakinlər bildirirlər ki, yağışlı hava şəraitində gediş-gəlişin təmin edilməsi üçün mütləq avtomobil lazımdır.

“Hər ailənin şəxsi maşını yoxdur. Taksi isə yollar bu vəziyyətdə olduğuna görə kəndə ya gətirmir, ya da çox baha gətirir. Böyüklər işə, uşaqlar isə məktəbə əziyyətlə gedirlər. Həm mərkəzi, həm ara küçələrimiz keçilməzdir. Bir neçə dəfə müraciət etmişik. İcra başçısı kəndimizə gələndə məsələni qaldırmışıq. Amma hələ ki bir tədbir görən yoxdur”, – deyə sakinlər bildiriblər.