Lənkəran şəhəri Səttarxan küçəsinin xəndəkləri daşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
Belə ki, yağan yağış nəticəsində küçənin xəndəkləri yağış suları ilə dolub-daşıb. “Xəndək sistemi yenidən qurulmalıdır. Yağış mövsümündə yolumuzu su basır, yayda isə üfünət. Dərdimizə dərman tapan da yoxdur”, – deyə sakinlər bildiriblər.