SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Səttarxan küçəsinin sakinləri bu gün, 16 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Onlar bildiriblər ki, təmizlənməyən xəndəklər səbəbindən yağış yağan kimi küçəni su basır.

“Yol örtüyündə çuxurlar əmələ gəlib. Xəndəklərdə illərin otu var. Yağış yağanda küçədən keçmək olmur. Hələ ətrafda olan pis qoxunu demirik. Xahiş edirik aidiyyəti qurumlardan, məsələyə nəzər salsınlar.