SON XƏBƏRLƏR

Lənkəran rayonunun Kərgəlan kəndində ölümlə nəticələnən qəzanın bəzi təfərrüatları üzə çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 sentyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, avtomobili sərxoş vəziyyətdə idarə edən və qəza nəticəsində həlak olan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inspektoru 37 yaşlı Vüsal Babayev olub.

Vüsal Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.