SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Şəhidlər xiyabanı, döngə 1 küçəsinin sakinləri uzun müddətdir ki, yolsuzluqdan əziyyət çəkirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində verir.

Sakinlər bildiriblər ki, illərdir yolsuzluqdan əziyyət çəkdiklərinə görə təzəlikcə məhəllə sakinləri birləşib küçəyə çınqıl töküblər.

“Biz yolu təmir edəndən sonra, gəlib küçəmizi qazıb işıq dirəkləri basdırırlar. Nə qədər dedik ki, qazmadan etsnlər, dedilər: “Olmaz, layihə var”. Beləliklə, küçəmiz yenə əvvəlki vəziyyətə qayıtdı. Palçıq əlindən gəzə bilmirik. Küçədə avtomobillər belə batır”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, küçədə 22 fərdi ev yerləşir.