SON XƏBƏRLƏR

Lənkəran şəhərində əhalinin sıx yaşadığı küçənin yolları dağınıq vəziyyətdədir. Bu haqda bu gün, 16 dekabr tarixində Cenublu.az xəbər verir.

Söhbət Vaqif Hüseynov küçəsindən gedir. Sakinlər redaksiyamıza etdikləri müraciətdə bildirirlər ki, avtomobillə bu yoldan keçdikdə əmin olmaq olar ki, hər hansısa bir avtomobil detalı deformasiyaya uğrayacaq. Küçənin bu halda olması yağıntılı günlərdə də özünü göstərir. Yollar palçıq olur və uşaqlar məktəbə gedib-gəldikdə çətinlik çəkirlər.

Hənifə Abdullayev küçəsinə çıxan yolda təmir işlərinin aparılmasını sakinlər səbirsizliklə gözləyirlər.

Vaqif Hüseynov küçəsi
Vaqif Hüseynov küçəsi
Vaqif Hüseynov küçəsi
Vaqif Hüseynov küçəsi Vaqif Hüseynov küçəsi Vaqif Hüseynov küçəsi