SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində işıqforun olmaması bır sıra fəsadlarla nəticələnir. Bu barədə Cenublu.az bu gün, 31 avqust tarixində xəbər verir.

Belə ki, Şəhidlər Xiyabanı küçəsi və həmin küçənin 4-cü döngəsində (Dodonun təndiri) işıqforların olmaması sakinləri narahat edir. Raypo sakinləri bildirirlər ki, kəsişmədə onlar üçün qoyulan “stop” nişanının heç bir faydası yoxdur.

“Biz saatlarla “stop” işarəsinə əməl edib gözləyə bilərik. Amma bizə yol verilməyəcək. Bu işarənin yerinə işıqfor qoyulsa, daha yaxşı olar. Bəzən sürücünün səbri çatmır, döngədən çıxır və nəticədə əsas yoldan gələn avtomobillə toqquşur. Burada baş vermiş yol-nəqliyyat hadisələrinin sayı-hesabı yoxdur”.

Qeyd edək ki, piyada zolağının silinməsi də qəzaların çox olmasının səbəblərindən biridir.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)