Lənkəran şəhərinin mərkəzində olan piyada səkisindəki tametlər sıradan çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
Belə ki, Həzi Aslanov küçəsində yerləşən piyada səkisindən gün ərzində minlərlə insan istifadə edir.
“Yay gəlir, Lənkərana gələn turistlərin də sayı artır. Həm də yerli sakinlər də daha çox şəhərə gəzintiyə çıxırlar. Şəhərin mərkəzindəki piyada səkisinin baxımsız olması Lənkəranın ümumi görünüşünə xələl yetirir. Ümid edirik ki, aidiyyəti qurumlar bunları nəzərə alıb səkini təmir edər”, – deyə sakinlər bildiriblər.